525.Az

Peskov Türkiyə ilə əməkdaşlığı yüksək qiymətləndirib


 

Peskov Türkiyə ilə əməkdaşlığı yüksək qiymətləndirib<b style="color:red"></b>

Moskva Ankara ilə bir çox müxtəlif mövzuları, o cümlədən Qara dənizdəki vəziyyəti müzakirə edir.

525.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Türkiyə ilə əməkdaşlığı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yüksək qiymətləndirib.

“Biz doğrudan da türk tərəfdaşlarımızla birlikdəyik, gündəmimizdə çoxlu müxtəlif mövzular var, o cümlədən Qara dənizlə bağlı məsələləri müzakirə edirik”, - deyə Kreml rəsmisi bildirib.

Daha əvvəl “Reuters” mənbələrə istinadən bildirib ki, Ukrayna iki aylıq danışıqlardan sonra martın 30-da Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Rusiya və Türkiyə ilə razılaşmanı pozub.

Havar Şəfiyeva

 





16.04.2024    çap et  çap et