525.Az

Heç kəs nüvə silahından istifadə etməklə hədə gələ bilməz - Şolts


 

Heç kəs nüvə silahından istifadə etməklə hədə gələ bilməz - <b style="color:red">Şolts</b>

Heç kim dünyanı nüvə silahından istifadə etməklə hədələyə bilməz.

525.az xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Çin Sədri Si Cinpin ilə birgə mətbuat konfransında deyib.

"Pekində keçirdiyimiz son görüşümüzdə açıq şəkildə bildiririk ki, nüvə silahından istifadə ilə bağlı hədələrə yol verilməyəcək”, - deyə siyasətçi bildirib.

Görüş zamanı Şolts və Si Cinpin Ukraynadakı münaqişəni də müzakirə edib və ölkənin nüvə obyektlərinə endirilən zərbələri pisləyiblər.

Qeyd edək ki, Çin və Almaniyanın BMT Nizamnaməsinin məqsəd və prinsiplərini dəstəkləməyə sadiq olduqlarını və nüvə silahından istifadəyə və mülki nüvə obyektlərinə hücumlara qarşı olduqlarını bildiriblər.

Havar Şəfiyeva 

 





16.04.2024    çap et  çap et