525.Az

Tbilisidə polis “xarici agentlər” haqqında qanuna etiraz edən 11 nəfəri saxlayıb


 

Tbilisidə polis “xarici agentlər” haqqında qanuna etiraz edən 11 nəfəri saxlayıb<b style="color:red"></b>

Tbilisidə polis “xarici agentlər” haqqında qanuna etiraz edən 11 nəfəri saxlayıb.

525.az Reposrt-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.

Verilən məlumata görə, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif küt əşyalar, o cümlədən daş və butulkalar atıblar. Nəticədə Daxili İşlər Nazirliyinin 1 əməkdaşı xəsarət alıb, nazirliyin avtomobilinə ziyan dəyib.

Qeyd edək ki, bu gün paytaxt Tbilisidə Gürcüstanın müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatları, tələbə-gənclər hərəkatları və təşəbbüs qrupları hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” (“xarici agentlər” haqqında) qanun layihəsinin parlamentin hüquq komitəsində müzakirə olunmasına etiraz olaraq izdihamlı aksiya keçirir.

 





16.04.2024    çap et  çap et