525.Az

Respublika Uşaq Kitabxanasında yazıçı İradə Əlili ilə görüş keçirilib


 

Respublika Uşaq Kitabxanasında yazıçı İradə Əlili ilə görüş keçirilib<b style="color:red"></b>

Respublika Uşaq Kitabxanasında Azərbaycan mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru İradə Əlili ilə görüş keçirilib.

525.az xəbər verir ki, görüşdə Sübhnur Tədris Mərkəzinin bir qrup şagird və valideynləri iştirak edib. Tədris Mərkəzinin rəhbəri G.Hüseynova tədbiri açaraq görüşdə iştirak edən valideyn və şagirdləri, gələn qonaqları salamlayaraq ölkəmizdə uşaqların dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix üzrə fəlsəfə doktoru İradə Əlili uşaqları salamlayaraq öz yazdığı hekayələrdən danışıb, bir-birindən gözəl şeirlərini səsləndirib. Uşaqlar kitabxanaya üzv olaraq istədikləri kitabları əldə ediblər. Tədbirin sonunda G.Hüseynova yazıçı İradə Əliliyə təşəkkürnamə təqdim edərək, tədbirdə iştirakı üçün minnətdarlığını bildirib. 

Daha sonra tədbir iştirakçıları Respublika Uşaq Kitabxanasının şöbələri, kitab fondu, oxu zalları, həmçinin “Göy qurşağı” uşaq jurnalının yeni nömrələri ilə yaxından tanış olublar.

Sonda xatirə şəkilləri çəkilib.

 

 





17.04.2024    çap et  çap et