525.Az

Ötən gün vətəndaşlardan pulemyot, tapança və qumbara götürülüb


 

Ötən gün vətəndaşlardan pulemyot, tapança və qumbara götürülüb<b style="color:red"></b>

Polis əməkdaşları ötən gün vətəndaşlardan pulemyot, tapança və qumbara götürüblər.

525.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 16-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 pulemyot, 2 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 848 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.

Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 4 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 28 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

 





17.04.2024    çap et  çap et