525.Az

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - YENİLƏNİB


 

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - <b style="color:red"> YENİLƏNİB </b>

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

525.az xəbər verir ki, bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

***

Xəzər televiziyasının aparıcısı Aytən Səfərova yol qəzasına düşüb.

525.az xəbər verir ki, bu barədə məlumatı “Report”a onun həmkarları təsdiq edib.

Bildirilib ki, hadisə paytaxtın 8 Noyabr prospekti ərazisində Gənclik parkının yaxınlığında qeydə alınıb.

Belə ki, aparıcının idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub. Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb.

O. müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

 





17.04.2024    çap et  çap et