525.Az

Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO


 

Gədəbəydə qanunsuz tikili sökülüb - <b style="color:red"> VİDEO</b>

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Gədəbəydə qanunsuz tikilini söküb.

525.az-a bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə, Gədəbəy şəhəri ərazisində qanunsuz olaraq obyekt tikintisinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

 

 





17.04.2024    çap et  çap et