525.Az

Zərdabda kanalda qumbara və pulemyot tapılıb


 

Zərdabda kanalda qumbara və pulemyot tapılıb<b style="color:red"></b>

Zərdab Rayon Polis Şöbəsinə rayonun Hüseynxanlı kəndi ərazisindən keçən su kanalından silah-sursat tapılması barədə məlumat daxil olub.

525.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd pulemyot, daraq və 760 ədəd patron aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

 





17.04.2024    çap et  çap et