525.Az

"BƏƏ Azərbaycana COP29-a sədrliyi zamanı hər cür dəstək verməyə hazırdır” -  Pərviz Şahbazov


 

"BƏƏ Azərbaycana COP29-a sədrliyi zamanı hər cür dəstək verməyə hazırdır” - <b style="color:red"> Pərviz Şahbazov</b>

"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) ölkəsi olaraq Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycana COP29-a sədrliyi zamanı hər cür dəstək verməyə hazırdır".

525.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Əbu-Dabiyə səfəri zamanı P. Şahbazovun BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in prezidenti Sultan Əhməd Əl-Cabir ilə məhsuldar görüşü olub.

“Yaşıl enerji sahəsində strateji tərəfdaşımız "Masdar” şirkəti ilə istehsal güclərinin yaradılması, elektrik enerjisinin ötürülməsi üzrə layihələrin icrasının sürətləndirilməsi, ADNOC şirkəti ilə “Abşeron Faza-I” layihəsi, apstrim sektorunda əməkdaşlığın genişləndirilməsi və gündəlikdə olan digər məsələlərlə bağlı müzakirələr apardıq”, - deyə nazir bildirib.

 





17.04.2024    çap et  çap et