525.Az

AZAL-ın Bakıdan Dubaya uçan təyyarəsi hava şəraiti səbəbindən geri qayıdıb


 

AZAL-ın Bakıdan Dubaya uçan təyyarəsi hava şəraiti səbəbindən geri qayıdıb<b style="color:red"></b>

“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsiz hava şəraitinin fəsadları səbəbindən uçuş hava limanına qayıtmalı olub.

525.az-a bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, AZAL Bakı-Dubay-Bakı reyslərinin bütün sərnişinlərinə əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə və ya “Azərbaycan Hava Yolları” aviaşirkətinin nümayəndəliklərinə müraciət etməyi tövsiyə edir.

 





17.04.2024    çap et  çap et