525.Az

ADRA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib


 

ADRA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib <b style="color:red"></b>

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin yeni sədri Fərhad Əsgər oğlu Adıgözəlov bu gün kollektivə təqdim olunub.

525.az xəbər verir ki, Fərhad Adıgözəlovu kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib. Xatırladaq ki, aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

 





17.04.2024    çap et  çap et