525.Az

Xorvatiyada ümumi seçkilər keçirilir


 

Xorvatiyada ümumi seçkilər keçirilir<b style="color:red"></b>

Xorvatiyada xalq ümumi seçkilərdə səs vermək üçün sandıq başına gedib.

525.az xəbər verir ki, xorvatiyalı seçicilər yerli vaxtla saat 07:00-da ölkə daxilində və xaricdə yaradılmış seçki mərkəzlərində səs verməyə başlayıb.

Xorvatiyada 151 yerlik milli parlamentə daxil olmaq üçün 2302 namizədin mübarizə apardığı seçkilərdə səsvermə saat 19:00-da başa çatacaq.

Qeyd edək ki, seçkidən əvvəl aparılan sorğulara görə, favorit kimi hakim sağ mərkəzçi partiya olan Xorvatiya Demokratik İttifaqı (HDZ) göstərilir.

Məhəmməd Tağıyev

 





17.04.2024    çap et  çap et