525.Az

ABŞ husilərə aid 2 PUA-nı hədəf aldığını açıqlayıb


 

ABŞ husilərə aid 2 PUA-nı hədəf aldığını açıqlayıb<b style="color:red"></b>

ABŞ Yəməndə husilərin nəzarətində olan ərazilərdə 2 pilotsuz uçuş aparatını hədəf aldığını açıqlayıb.

525.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM)  "X" üzərindən verdiyi açıqlamada dünən hədəfə alınan PUA-ların ABŞ və koalisiya qüvvələrinə aid gəmilər üçün təhdid yaratdığı bildirilib.

Açıqlamada bu fəaliyyətlərin naviqasiya azadlığının qorunması və beynəlxalq suların ABŞ, koalisiya və ticarət gəmiləri üçün daha təhlükəsiz olması üçün həyata keçirildiyi və bölgədən keçən ABŞ gəmiləri və ticarət gəmilərində heç bir ziyanın olmadığı bildirilib.

Məhəmməd Tağıyev

 





17.04.2024    çap et  çap et