525.Az

İndoneziyada fövqəladə vəziyyət elan edilib


 

İndoneziyada fövqəladə vəziyyət elan edilib<b style="color:red"></b>

İndoneziyanın şimalında Ruanq vulkanının püskürməsi ilə əlaqədar bölgədə 828 nəfərin təxliyəsi qərara alınıb.

525.az xəbər verir ki, İndoneziyanın şimalındakı Ruanq vulkanı püskürüb. İndoneziya Milli Fəlakət Mərkəzinin (BPBD) sözçüsü Əbdül Muhari partlayış səbəbilə bölgədən 828 nəfərin təxliyə edildiyini və aprelin 29-a qədər fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

Muhari həmçinin partlayışdan sonra ətrafa yayılan külün rabitə şəbəkələrinə ziyan vurduğunu qeyd edib.

Məhəmməd Tağıyev

 





17.04.2024    çap et  çap et