525.Az

ABŞ və Çin işçi qrupları dördüncü dəfə görüşüb


 

ABŞ və Çin işçi qrupları dördüncü dəfə görüşüb<b style="color:red"></b>

Ötən il ABŞ və Çin arasında yaradılmış İqtisadi və Maliyyə İşçi Qrupları dördüncü iclasını keçirib.

525.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin açıqlamasında İqtisadi İşçi Qrupun bugünkü iclasının ötən ilin payızında yaradılandan bəri dördüncü iclas olduğu bildirilib.

Açıqlamada ABŞ Maliyyə Nazirliyi və Çin Maliyyə Nazirliyinin yüksək səviyyəli rəsmilərinin iki ölkədəki son makroiqtisadi vəziyyətlə bağlı müzakirələrini davam etdirdiyi bildirilib.

Qeyd edək ki, hər iki tərəf yerli və qlobal iqtisadiyyatların müntəzəm surətdə balanslaşdırılmış artımını dəstəkləyən iqtisadi siyasətləri müzakirə etmək barədə razılığa gəlib.

Məhəmməd Tağıyev

 





17.04.2024    çap et  çap et