525.Az

Belçikada bomba təhlükəsi


 

Belçikada bomba təhlükəsi<b style="color:red"></b>

Belçikanın paytaxtı Brüsseldəki Ədliyyə Sarayı bomba təhlükəsindən sonra boşaldılıb.

525.az xəbər verir ki, Poelaert meydanında yerləşən Brüssel Ədliyyə Sarayı günorta saatlarında bomba təhlükəsi səbəbindən boşaldılıb. Federal polis sözçüsü bir nəfərin bomba hədəsi ilə zəng etdiyini bildirib. Belə ki, bildirişdən sonra binada axtarış və təxliyə prosesinə başlanılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə hadisə yerindən paylaşılan videolarda vətəndaşların siren səsi eşidilərkən binadan sakitcə uzaqlaşdığı görünür.

Məhəmməd Tağıyev

 





17.04.2024    çap et  çap et