525.Az

Pakistanda güclü yağış nəticəsində ölənlərin sayı 63-ə yüksəlib


 

Pakistanda güclü yağış nəticəsində ölənlərin sayı 63-ə yüksəlib<b style="color:red"></b>

Pakistanın Pəncab, Bəlucistan və Hayber Paxtunxva əyalətlərində güclü yağış və ildırım çaxması nəticəsində həyatını itirənlərin sayı 63-ə yüksəlib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Pakistan Fəlakətlərin İdarə Edilməsi Administrasiyasının sözçüsü Xurşid Ənvər ölkənin müxtəlif bölgələrinə təsir edən leysan yağışlarla bağlı açıqlama verib.

Pəncab, Bəlucistan və Hayber Paxtunxva əyalətlərində həftə sonu başlayan şiddətli yağış və ildırım çaxması nəticəsində həyatını itirənlərin sayının 63-ə yüksəldiyini deyən Ənvər, təxminən 1370 evin zərər gördüyünü bildirib.

Səlahiyyətlilər pis hava şəraitinin və davam edəcəyi gözlənilən yağışların axtarış-xilasetmə işlərinə mənfi təsir göstərə biləcəyinə də diqqət çəkib.

Associated Press-ə (AP) danışan Pakistan Meteorologiya Departamentinin rəsmisi Zahir Əhməd Babar, ölkədə iqlim dəyişikliyi səbəbiylə daha güclü yağışların müşahidə edildiyini bildirib. "Bu ay Pakistanda normadan 61 faiz çox yağış qeydə alınıb və bu onu göstərir ki, ölkəmizdə iqlim dəyişikliyi artıq baş verib”, - rəsmi qeyd edib.

Malik Atilay 

 





17.04.2024    çap et  çap et