525.Az

Türkiyə Putinin səfəri ilə bağlı razılaşmanı təsdiqləyib


 

Türkiyə Putinin səfəri ilə bağlı razılaşmanı təsdiqləyib<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.

525.az NTV telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, rusiyalı həmkarı ilə tez-tez telefon danışıqları aparır. Ərdoğan Putinin Türkiyəyə səfərinin tarixinin hələ müəyyən edilmədiyini vurğulayıb. “İnanıram ki, bu məsələyə ən qısa zamanda aydınlıq gələcək”, - deyə Türkiyə lideri yekunlaşdırıb.

Havar Şəfiyeva

 





17.04.2024    çap et  çap et