525.Az

İsrail tankları Qəzza zolağına qayıdıb


 

İsrail tankları Qəzza zolağına qayıdıb<b style="color:red"></b>

İsrail tankları bir neçə həftə əvvəl tərk etdikləri Qəzza zolağının şimalına qayıdıb.

525.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

"Yerli sakinlərin dediyinə görə, tanklar Beyt Hanun ərazisinə doğru irəliləyərək köçkün ailələrin sığındığı bir neçə məktəbi mühasirəyə alıblar", - deyə hesabatda deyilir.

Qeyd olunur ki, bundan əlavə, mövcud məlumata görə, yerli sakinlər Beyt Hanun və Cəbəliyə bölgələrində internetin kəsilməsindən şikayətlənirlər.

Havar Şəfiyeva 

 





17.04.2024    çap et  çap et