525.Az

ABŞ-dən çağırış - İranı BMT-yə buraxmayın


 

ABŞ-dən çağırış - <b style="color:red">İranı BMT-yə buraxmayın</b>

ABŞ-nin respublikaçı senatoru Ceyms Lankford İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianı BMT-yə buraxmamağa çağırıb.

525.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Amerikalı parlamentari Abdullahianın diplomatik vizasından məhrum edilməsini tələb edərək, diplomatın Fələstinin HƏMAS radikal qruplaşması ilə mövcud əlaqəsini açıqlayıb.

Qeyd edək ki, daha əvvəl Abdullahian demişdi ki, İran yəhudi dövlətinin ərazisinə raket və pilotsuz təyyarə zərbəsinə cavab olaraq həyata keçirə biləcəyi yeni hücumuna İslam Respublikasının sərt və qəti cavabı barədə ABŞ-a xəbərdarlıq edib.

Havar Şəfiyeva

 





17.04.2024    çap et  çap et