525.Az

Nicat Abasov yenə uduzub -  İddiaçılar Turniri


 

Nicat Abasov yenə uduzub - <b style="color:red"> İddiaçılar Turniri</b>

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxıb.

525.az xəbər verir ki, 28 yaşlı qrossmeyster XI turda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib. Abasov qara fiqurlarla oynayıb. O, hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Firuzca isə 4,5 xalla yeddincidir.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

 





18.04.2024    çap et  çap et