525.Az

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək


 

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək<b style="color:red"></b>

UNEC ilə Bakı Dizayn Akademiyası (BDA) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bu barədə 525.az-a UNEC-dən məlumat verilib. Bildirilib ki, memorandumu UNEC-in rəqəmsallaşma üzrə prorektoru dosent Raqif Qasımov və BDA-nın təsisçisi və icraçı direktoru Aysel Gülməmmədova imzalayıb.

Memorandumun məqsədi BDA-nın distribütor olduğu ABŞ-ın nəhəng informasiya texnologiyaları şirkətlərinin beynəlxalq təlim və imtahan mərkəzlərinin UNEC-də yaradılması olub.

Əməkdaşlıq memorandumu çərçivəsində UNEC tələbələri “Phyton”, eləcə də digər informasiya texnologiyaları ixtisasları üzrə universitetdə təşkil olunacaq imtahanlarda iştirak edərək beynəlxalq sertifikat ala biləcəklər. Eyni zamanda, “Java”, “HTML”, “Data Analytics”, “Cisco” və digər bir çox brendin, “Microsoft” ixtisaslarının beynəlxalq təlimlərindən yararlanmaq imkanı əldə edəcəklər. Memorandumda Bakı Dizayn Akademiyası və UNEC-in birgə iştirakı ilə müvafiq ixtisaslarla bağlı təlim, seminar, layihə və konfransların da təşkil edilməsi nəzərdə tutulub.

Sevinc Qarayeva 

 





18.04.2024    çap et  çap et