525.Az

"Əş-Şəbab"a qarşı keçirilən əməliyyatda 10 nəfər zərərləşdirilib


 

"Əş-Şəbab"a qarşı keçirilən əməliyyatda 10 nəfər zərərləşdirilib<b style="color:red"></b>

Somalidə "Əş-Şəbab" terror təşkilatına qarşı keçirilən əməliyyatda təşkilatın 10 üzvünün zərərsizləşdirildiyi bildirilib.

525.az xəbər verir ki, Somali Müdafiə Nazirliyindən verilən açıqlamada ölkənin cənubundakı Taflow Bay bölgəsində "Əş-Şəbab"a qarşı əməliyyat keçirildiyi bildirilib.

Açıqlamada təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatda 10 "Əş-Şəbab" üzvünün öldürüldüyü qeyd edilib. Əməliyyat zamanı təşkilat üzvlərinə məxsus silah və hərbi sursatların ələ keçirildiyi bildirilib.

Qeyd edək ki, Somali ordusu terror təşkilatına qarşı əməliyyatlarını artırarkən, "Əş-Şəbab" da mülki və hərbi bölgələri hədəf almağa davam edir.

Məhəmməd Tağıyev

 





18.04.2024    çap et  çap et