525.Az

Aİ Liderlər Zirvəsi başlayıb


 

Aİ Liderlər Zirvəsi başlayıb<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri iqtisadiyyat və rəqabət qabiliyyəti kimi məsələləri müzakirə etmək üçün Brüsseldə bir araya gəlib.

525.az xəbər verir ki, Aİ-yə üzv 27 ölkənin başçılarının iştirakı ilə Belçikanın paytaxtı Brüsseldə keçirilən Aİ Liderlər Sammitinin ikinci gün sessiyası başlayıb.

Sammitin girişində açıqlama verən Aİ Şurasının sədri Çarlz Mişel: "Avropanın daha çox investisiyaya ehtiyacı var", - deyib.

Liderlər arasında müxtəlif proqramlar üçün birgə borclanma ilə bağlı müzakirələr aparıldığına diqqət çəkən Mişel, bəzi ölkələrin birgə borclanmanın tərəfdarı, bəzilərinin isə əleyhinə olduğunu bildirib.

Məhəmməd Tağıyev

 





18.04.2024    çap et  çap et