525.Az

Aİ İranın İsrailə hücumuna görə sanksiyalar tətbiq edəcək


 

Aİ İranın İsrailə hücumuna görə sanksiyalar tətbiq edəcək<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) İsrailə hücumu səbəbindən İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Aİ sammitinin xarici əlaqələr sessiyasında müzakirə edilən Yaxın Şərq mövzusu ilə bağlı yekun bəyannamə açıqlanıb.

Açıqlamada İranın İsrailə hücumunun liderlər tərəfindən yekdilliklə pislənildiyi və İrana qarşı sanksiyaların genişləndirilməsinə qərar verildiyi bildirilib.

Sammitin ilk gün iclasları bitdikdən sonra mətbuata açıqlama verən AB Şurasının sədri Çarlz Mişel sanksiyaların məzmunu ilə bağlı məlumat verməyib.

Malik Atilay 

 





18.04.2024    çap et  çap et