525.Az

“O şəxslər himayədar ailə ola bilməzlər ki...”


 

“O şəxslər himayədar ailə ola bilməzlər ki...”<b style="color:red"></b>

Bütün dünyada aktual olan "Himayədar ailə" modeli bu gün ölkəmizdə də tətbiq edilir. Model yeni olduğundan cəmiyyətdə bununla bağlı suallar da çoxdur. "Himayədar ailə" modeli nədir? Kimlər Himayədar ailə ola bilməzlər?

Sorğumuzu sosioloq, "Amerika Sosiologiya Assosiasiyası"nın üzvü Rüfət İsmayılzadə cavablandırır.

 

- Rüfət müəllim, "Himayədar ailə" modeli nədir?

- "Himayədar ailə" modeli bütün dünyada var və çox uğurla da həyata keçirilir. Hətta Amerikanın özündə belə bir çox məşhur insanların Himayədar ailə kimi tanındığının şahidiyik. Sözügedən model insanlıq adına çox uğurlu tapıntıdır. Bu zaman həm uşaqların isti bir evi olur, həm də onları himayəyə götürən insanların həyatına anlam qatılır.

"Himayədar ailə" modeli valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların müqavilə əsasında müvəqqəti ailə yanında yerləşdirilməsini nəzərdə tutan alternativ qayğı modelidir. Bu zaman uşaqların qidalanması, təhsili, sağlamlığı, fiziki və əqli inkişafının qeydinə qalınır, onların ailə mühitində böyüməsinə şərait yaradılır.

- Himayədar ailəyə qəbul olunan uşaq həmin ailənin varisi sayılırmı?

- Xeyr. Övladlığagötürmədən fərqli olaraq, himayədar ailə qayğı modelində uşaq ailə yanında müvəqqəti yerləşdirilir, uşaqla himayədar valideynlər arasında valideynlik münasibətləri yaranmır və uşaq ailənin varisi hesab olunmur.

- Bəs kim "Himayədar ailə" ola bilməz?

- Uşağın qəyyumları (himayəçiləri), bioloji və ya ögey valideynləri... Məhz bu şəxslər himayədar valideyn ola bilməzlər.

Uşaqların xoşbəxt və qayğısız gələcəyi üçün onların qayğıya, müdafiəyə, sevgiyə ehtiyacı var. Bunlar valideynlik bacarıqları və motivasiyası ilə bağlıdır. Əlbəttə ki, uşağı himayəyə götürən şəxsin və ya şəxslərin istər maddi, istərsə də mənəvi halı qənaətbəxş olmalıdır. Ona görə də bu məsələdə əsas məqsəd himayədar ailələri düzgün qiymətləndirib, uşağın mənafeyi baxmından daha uğurlu himayədar valideynlərin seçilməsi prosesini təşkil etməkdir.

Zakira ZAKİRQIZI

 





19.04.2024    çap et  çap et