525.Az

İngiltərə kubokunun formatı dəyişir


 

İngiltərə kubokunun formatı dəyişir<b style="color:red"></b>

Yeni mövsümdən İngiltərə kubokunun formatında dəyişiklik olacaq.

QOL.az BBC-yə istinadən xəbər verir ki, oyunlarda heç-heç qeydə alınarsa, təkrar matç keçirilməyəcək.

 

Dəyişiklik birinci turdan başlayaraq turnirin bütün mərhələlərini əhatə edəcək. Hazırda İngiltərə kubokunda 1-4-cü turlarda oyun heç-heçə bitəndə təkrar qarşılaşma keçirilir.

 

Bu dəyişiklik UEFA-nın bayrağı altında keçirilən turnirlərdə oyunların sayının artması ilə əlaqədardır.

Qeyd edək ki, bu mövsüm İngiltərə kubokunun yarımfinalında “Mançester Siti” aprelin 20-də “Çelsi” ilə, “Mançester Yunayted” isə aprelin 21-də “Koventri Siti” ilə qarşılaşacaq.

 





18.04.2024    çap et  çap et