525.Az

Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var


 

Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var <b style="color:red"></b>

Türkiyənin Tokat vilayətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib.

525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Tokatda bir ev və iki məscidin minarələri dağıdılıb. Bundan başqa, zəlzələnin təsiri ilə Yozgat şəhərində 3 ev ciddi zərər çəkib.

Tokatda təbii fəlakət zamanı bir nəfər xəsarət alıb.

Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları işləyir.

 





18.04.2024    çap et  çap et