525.Az

Nicat Abasov növbəti dəfə uduzub - İddiaçılar Turniri


 

Nicat Abasov növbəti dəfə uduzub -<b style="color:red"> İddiaçılar Turniri </b>

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti məğlubiyyətini alıb.

525.az xəbər verir ki, 28 yaşlı qrossmeyster XII turda üz-üzə gəldiyi hindistanlı Dommaracu Qukeşə uduzub - 0:1.

Abasov ağ fiqurlarla oynayıb.

Qeyd edək ki, təmsilçimiz hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Qukeş isə xallarının sayını 7,5-ə çatdırmaqla rəqibləri ilə 1-3-cü yerləri bölüşdürür.

 





19.04.2024    çap et  çap et