525.Az

"Sosial dəstək mexanizmləri genişlənməlidir"


 

"Sosial dəstək mexanizmləri genişlənməlidir"<b style="color:red"></b>

"Nəzərə almaq lazımdır ki, hər bir dövlətin ünvanlı sosial yardımla bağll olan layihələri və ya bütövlükdə əhaliyə sosial dəstək mexanizmlərinin tətbiqi ilə bağlı yanaşmaları iqtisadi imkanlara söykənir. Real iqtisadi mənzərəni özündə əks etdirir. İqtisadiyyat daha yüksək əlavə dəyər, texnoloji, əməkhaqqı tutumlu olduqca dövlətin də imkanları genişlənir və sosial dəstək mexanizmləri artır. Ona görə də sosial dəstəklə bağlı olan yanaşmalara bu prizmadan baxılmalıdır. Bu gün dövlətdən tələb etmək ki, hazırki resurs potensiyalı ilə maksimum şəkildə  sosial  dəstək mexanizmlərini genişləndirsin, bu istiqamətdə xərclərini artırsin bu düz deyil. İstehsalla, real, yüksək texnoloji məhsulların bazara çıxarılması ilə bağlı müvafiq nəticələr əldə olunmadıqda bu proseslər effektiv şəkildə öz əksini tapmayacaq".

Bu fikirləri 525.az-a açıqlamasında Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov söyləyib.

Onun dediyinə görə, dəstək mexanizmlərinin reallaşdırılması bir tərəfdən olduqca digər tərəfdən də infilyasiya həmin o ayrılan vəsaitlərin dəyərini aşağı salacaq:

"Əgər ölkədə istehsal lazımi səviyyə deyilsə, infilyasıyanın sürətlənməsi qaçılmazdır. Ona görə də paralel olaraq sosial dəstək mexanizmləri genişlənməlidir. Amma bu müvafiq iqtisadi artıma da əsaslanmalıdır. Təssüf ki, bir çox hallarda yalnız cəmiyyətə xoş gəlmək üçün sosial yardım mexanizmlərinin artırılması, genişlənməsi haqda cağırışlar edilir. Amma məsələyə daha dərindən yanaşılmalıdır. İstehsal çoxalanda, investisiyalar artanda dövlətin də həm büdcə daxilolmaları artır həm də budcə xərcləri ilə bağlı imkanları genişlənir. Bunun da nəticəsində sosial dəstək mexanizmləri effektiv şəkildə  həyata keçirilir".

Sevinc Qarayeva 

 





19.04.2024    çap et  çap et