525.Az

Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq


 

Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq<b style="color:red"></b>

Almaniya Kansleri Olaf Şolts və Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində danışıqlar aparacaqlar.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt bildirib.

Onun sözlərinə görə, ikitərəfli münasibətlərlə yanaşı, xarici siyasət, təhlükəsizlik siyasəti, iqtisadi və enerji mövzuları da müzakirə olunacaq.

 





19.04.2024    çap et  çap et