525.Az

Azərbaycan Prezidenti Rusiyaya səfər edəcək


 

Azərbaycan Prezidenti Rusiyaya səfər edəcək<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə Kremldən bildirilib.

Qeyd olunub ki, Azərbaycan lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Dövlət başçıları Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amur magistralının (BAM) veteranları ilə görüşəcəklər.

 





19.04.2024    çap et  çap et