525.Az

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin akademik əməkdaşlığı müzakirə olunub


 

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin akademik əməkdaşlığı müzakirə olunub<b style="color:red"></b>

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Zinnurov İrek Xaydaroviç, şöbə müdiri Nenaşeva Natalya Anatolyevna, baş mütəxəssisi Kondratyeva Kristina İvanovna və Azərbaycandakı Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Yakunina Lubov Timofeyevna Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.

Universitetdən 525.az-a bildirilib ki, görüşdə ADPU–nun rektoru professor Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Taisa Mamedova iştirak ediblər.

Görüşün məqsədi ADPU və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mümkün linqvistik və akademik əməkdaşlığının müzakirəsi və müəllim hazırlığında mərkəzin metodik təcrübəsindən yararlanmaqdır.

Görüşdən sonra qonaqlar ADPU–nun tədris binası, eləcə də kitabxana və Heydər Əliyev muzeyi ilə tanış olublar.

Sevinc Qarayeva 

 





19.04.2024    çap et  çap et