Sentyabrın 25-də Ermənistan hökuməti 2015-ci ilin dövlət büdcəsinin ilkin layihəsini təsdiqləyib və parlamentə təqdim edib.
“Media forum” saytının məlumatına görə, hökumətin iclasında təqdimatla çıxış edən maliyyə nazirinin müavini Pavel Səfəryan ilkin layihədə dövlət büdcəsi gəlirlərinin 1 trilyon 184 milyard dram (1 ABŞ dolları - 406,5 dram) səviyyəsində planlaşdırıldığını açıqlayıb.
O, xərclərin 1 trilyon 298 milyard, büdcə defisitinin 114 milyard 100 milyon dram təşkil edəcəyini deyib.
çap et