525.Az

Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib


 

Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib<b style="color:red"></b>

Cinayət yolu ilə şəxslərə vurulmuş 77.668.996 manat maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib.

525.az xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov nazirliyin kollegiya iclasında deyib.

Qeyd edilib ki, qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, şəxsiyyət əleyhinə olanların, xuliqanlıqların, mülkiyyət əleyhinə kriminal əməllərin, onlardan oğurluqların, dələduzluqların, soyğunçuluqların, hədə-qorxu ilə tələb etmələrin açılması yaxşılaşıb. Qeyri-leqal dövriyyədən 1 ton 329 kiloqram narkotik vasitə çıxarılıb və bu cinayətlərə görə 1.572 nəfər məsuliyyətə cəlb edilib. Yol-nəqliyyat hadisələrinin sayında 12,2 faiz, qəzalarda həlak olanların sayında 14 nəfər, xəsarət alanların sayında 39 nəfər azalma qeydə alınıb.

Vətəndaş məmnunluğunun təmin olunmasının, o cümlədən müraciətlərə baxılmasının vəziyyətinə toxunan nazir bu istiqamətlərdə nəticələrin müsbət olduğunu nəzərə çatdırıb.

 





19.04.2024    çap et  çap et