525.Az

ABŞ Dəməşqə hücumdan əvvəl məsləhətləşmədiyi üçün İsrailə qəzəblənib


 

ABŞ Dəməşqə hücumdan əvvəl məsləhətləşmədiyi üçün İsrailə qəzəblənib<b style="color:red"></b>

Amerika rəsmiləri İsrailin İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə zərbə endirməzdən əvvəl Vaşinqtonla məsləhətləşməməsinə görə qəzəbləniblər.

525.az xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb. 

Nəşrin mənbələrinin bildirdiyinə görə, ABŞ-nin yəhudi dövlətinə dəstəyinə baxmayaraq, Amerika rəsmiləri İsrailin ABŞ ilə məsləhətləşmədən belə bir qərar qəbul etməsindən hiddətləndiklərini bildiriblər. 

Qeyd edək ki, aprelin 1-də İsrail Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyiə zərbələr endirib. 

Havar Şəfiyeva 

 





19.04.2024    çap et  çap et