525.Az

G7 ölkələri Rusiyanın aktivləri ilə bağlı planlarını açıqlayıb


 

G7 ölkələri Rusiyanın aktivləri ilə bağlı planlarını açıqlayıb<b style="color:red"></b>

Yeddilik Qrupu (G7) ölkələri Rusiyanın dondurulmuş aktivlərdən əldə olunan gəlirlərin Ukraynanın xeyrinə yönəldilməsi ilə bağlı Avropa İttifaqının irəli sürdüyü təklifləri alqışlayır.

525.az TASS-a istinadən yazır ki, bunu Vaşinqtonda keçirilən görüşün yekunlarına görə G7 ölkələrinin maliyyə nazirlikləri və mərkəzi banklarının rəhbərləri bildiriblər.

Qeyd olunur ki, G7 dövlətləri Ukrayna münaqişəsində dəymiş ziyana görə Moskvadan təzminat alana qədər Rusiyanın suveren aktivlərini dondurulmuş vəziyyətdə saxlayacaqlar. Bundan əlavə, G7 liderləri Böyük Britaniya və ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları təsdiqləyiblər.

Havar Şəfiyeva  

 





19.04.2024    çap et  çap et