525.Az

İranın Parisdəki konsulluğunda bomba həyacanı


 

İranın Parisdəki konsulluğunda bomba həyacanı<b style="color:red"></b>

Naməlum şəxs İranın Parisdəki konsulluğuna daxil olub və partlayış törətməklə hədələyib.

525.az xəbər verir ki, bu barədə “Avropa 1” radiostansiyası məlumat yayıb.

“Hazırda Parisin İran konsulluğunun binasında bir nəfər var. O, özü ilə partlayıcı kəmər daşıyır və onu partlatmaqla hədələyir”, - deyə nəşr yazır.

Qeyd edək ki, Parisdə təhlükəsizlik məqsədilə metro xətlərindən birinin hərəkəti dayandırılıb, ərazi mühasirəyə alınıb.

Havar Şəfiyeva  

 





19.04.2024    çap et  çap et