525.Az

Tramp Ukrayna üçün Avropadan daha çox pul tələb edib


 

Tramp Ukrayna üçün Avropadan daha çox pul tələb edib<b style="color:red"></b>

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Avropadan Ukraynaya daha çox kömək etməyi tələb edib.

525.az xəbər verir ki, onun sözlərini "Fox News" yayıb. 

Eks-prezident ABŞ-nin Ukrayna ilə arasında bütöv bir okean olmasına baxmayaraq, Avropadan daha çox pul verməsindən çaşdığını dilə gətirib. O izah edib ki, Ukraynanın gücü Vaşinqton üçün vacibdir, lakin coğrafi yaxınlığına görə o, Avropanı daha çox narahat etməlidir.

Sabiq lider Avropanı bu vəziyyəti dəyişməyə çağırıb. o, həmçinin ABŞ-nin hazırkı prezidenti Co Bayden administrasiyasını və demokratları indi baş verən hadisələrə görə günahlandırıb. Tramp əmin edib ki, o, prezident olsaydı, münaqişə heç vaxt başlamazdı.

Havar Şəfiyeva  

 





19.04.2024    çap et  çap et