525.Az
Kürdəmirdə küləkli hava yanğına səbəb olub
Kürdəmir rayonunda əsən güclü külək fərdi yaşayış evinin tamamilə yanaraq külə dönməsinə səbəb olub yanıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə zamanı xəsarət alan olmasa da, ev yanaraq külə dönüb.
Yanğın bu gün saat 16:00 radələrində rayonun Atakişili kəndində qeydə alınıb.
Kənd sakini İbrahimxəlil Ağayevə məxsus evdə baş verən yanğın küləkli hava səbəbindən qısa müddətdə genişlənərək evi əhatə edib.
25.09.2014
çap et