525.Az

ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu


 

ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu<b style="color:red"></b>

ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü tələb edən qətnamə layihəsinə veto qoyub.

525.az xəbər verir ki, Fələstinin BMT-yə tam üzv olmasını tələb edən qətnamə layihəsi Əlcəzair tərəfindən 15 üzvdən ibarət BMT TŞ-də səsverməyə çıxarılıb. ABŞ-nin "xeyr" səsi verdiyi qanun layihəsinə 12 "hə" və 2 "bitərəf" səs verilib.

Böyük Britaniya və İsveçrə "bitərəf" qaldığı halda, Rusiya, Çin, Fransa, Əlcəzair, Malta, Ekvador, Qayana, Sloveniya, Sierra Leone, Mozambik, Cənubi Koreya və Yaponiya "hə" səsi verib.

Məhəmməd Tağıyev

 





19.04.2024    çap et  çap et