525.Az

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək


 

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək<b style="color:red"></b>

Qazaxıstanın paytaxtı Astanada aprelin 26-da Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək.

525.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“ŞƏT-ə üzv dövlətlərin müdafiə nazirliklərinin rəhbərlərinin, təşkilatın baş katibi, Regional Antiterror Strukturu İcraiyyə Komitəsinin direktoru və Belarus Respublikasının müdafiə nazirinin gəlişi gözlənilir”, - məlumatda deyilir.

Tədbir Qazaxıstanın ŞƏT-dəki sədrliyi çərçivəsində təşkil olunub.

 





20.04.2024    çap et  çap et