525.Az

Ermənistan Baş naziri: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər


 

Ermənistan Baş naziri: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər<b style="color:red"></b>

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Rusiya bazaları müəyyən vəziyyətlə əlaqədar orada idi və artıq vəziyyət əhəmiyyətli dərəcədə dəyişdiyi üçün bu dəyişiklik bütü istiqamətlərdə öz təsirini göstərməlidir. "Bu o deməkdir ki, bizim cəbhə xəttimiz yox, sərhədimiz var. Sərhəd sülhün əlamətidir və bu o demək olacaq ki, Ermənistan və Azərbaycan sərhədçiləri bir-biri ilə əməkdaşlıq edərək sərhədi müstəqil şəkildə qoruya biləcəklər”.

 





20.04.2024    çap et  çap et