525.Az

Bakıda xeyli miqdarda aksiz markasız siqaretlər aşkarlandı


 

Bakıda xeyli miqdarda aksiz markasız siqaretlər aşkarlandı<b style="color:red"></b>

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən Bakı Şəhəri, Suraxanı rayonu ərazisində keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın aksız markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, ümumilikdə 2 377 qutu müxtəlif adda xarici markalı siqaretlər aşkar olunaraq götürülüb.

Bu barədə 525.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

 





20.04.2024    çap et  çap et