525.Az

ABŞ Nümayəndələr Palatası Ukraynaya 61 mlrd. dollara yaxın yardım haqqında qanun qəbul edib


 

ABŞ Nümayəndələr Palatası Ukraynaya 61 mlrd. dollara yaxın yardım haqqında qanun qəbul edib<b style="color:red"></b>

ABŞ-nin Nümayəndələr Palatası Ukrayna, İsrail və Tayvana hərbi dəstək, eləcə də Rusiyanın dondurulmuş aktivlərinin müsadirə olunaraq Kiyevə verilməsi barədə qanunu təsdiqləyib.

APA-nın məlumatına görə, bu barədə qərar səs çoxluğu ilə qəbul edilib.

Eyni zamanda ABŞ Nümayəndələr Palatası Ukraynaya 61 milyard dollara yaxın əlavə yardım haqqında qanun qəbul edib

Bundan əlavə Tayvana 8 milyard dollarlıq dəstəyi nəzərdə tutan qanun da palatadan keçib.

Qanunverici orqan Çinə əlavə sanksiyalar paketini də qəbul edib.

 





20.04.2024    çap et  çap et