525.Az

Türkiyədə azərbaycanlı tələbələr qəzaya düşüb: 2 ölü, 7 yaralı


 

Türkiyədə azərbaycanlı tələbələr qəzaya düşüb: 2 ölü, 7 yaralı<b style="color:red"></b> Türkiyədə 2 azərbaycanlı tələbə avtomobil qəzasında ölüb.
 
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Uşak şəhərində baş verib. Ölənlərin Uşak Universitetinin Maliyyə fakültəsinin 2-ci kurs tələbəsi Ülvi Sərdarov, İdarəetmə fakültəsinin 2-ci kurs tələbəsi Elvin Bəhramlı olduğu bildirilir.
 
Məlumata görə, azərbaycanlı tələbə Əli Kərimlinin idarə etdiyi avtomobil İzmir-Ankara yolunda dirəyə çırpılıb və daha sonra başqa avtomobillə toqquşub.
 
Qəzada yeddi nəfərin yaralandığı, onlardan iksinin azərbaycanlı  tələbələr - Anar Musayev və Mayis Həsənov olduğu açıqlanıb.
 





26.09.2014    çap et  çap et