525.Az

İsrail silahlı qüvvələri Livandakı Hizbullah hərbi obyektlərinə zərbələr endirib


 

İsrail silahlı qüvvələri Livandakı Hizbullah hərbi obyektlərinə zərbələr endirib<b style="color:red"></b>

Livanın cənubunda şiə Hizbullah hərəkatının hərbi obyektlərinə zərbələr endirilib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri bildirib.

“Gecə ərzində qırıcı təyyarələr Livandakı bir sıra Hizbullah terrorçu hədəflərinə, o cümlədən Odise bölgəsindəki müşahidə məntəqəsinə və Xiam bölgəsindəki iki hərbi obyektə hücum edib”, - bəyanatda deyilir.

Hərbçilər həmçinin "Tayr Harf bölgəsindəki Hizbullah hərbi strukturunun daxilində fəaliyyət göstərən terrorçunun müəyyən edildiyini" bildiriblər. “Döyüşçülər binanı vuraraq dağıdıblar”, - mətbuat xidməti qeyd edib.

 





21.04.2024    çap et  çap et