525.Az

Daha bir nazirliyin səlahiyyəti artırıldı


 

Daha bir nazirliyin səlahiyyəti artırıldı<b style="color:red"></b>

Baş nazir Artur Rasizadə "Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları"nda dəyişikliklər edilməsi barədə qərar verib.

Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, qərar "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" prezidentin 2014-cü il 3 mart tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə verilib.

Qərara əsasən, sənədlərin yoxlanılması və sahibkarlara sertifikatın verilməsi ərizənin daxil olduğu tarixdən bir iş günü ərzində aparılacaq. İnidyə qədər isə bu müddət 2 iş günü idi.

Baş nazirin imzaladığı qərarda o da qeyd olunur ki, akkreditə edilmiş mərkəzlər verilmiş sertifikatlar reyestrinə daxil olan məlumatların statistikasını rübdə bir dəfə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim edəcəklər. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həmin məlumatları ümumiləşdirərək internet informasiya ehtiyatlarında yerləşdirilməsini və KİV-də yayımlanmasını təmin ediləcək.

Qeyd edək ki, bu Qaydalar «Elektron imza və elektron sənəd haqqında» qanunun tətbiq edilməsi barədə» fərmanına uyğun olaraq sertifikat xidmətləri mərkəzlərinin fəaliyyətinin təşkili, o cümlədən sertifikat xidmətlərinin göstərilməsi, sertifikatların verilməsi və onların reyestrinin aparılması qaydalarını tənzimləyir.

 





26.09.2014    çap et  çap et