525.Az

Azərbaycanın aerobika gimnastikası millisi Praqada gümüş medal qazanıb


 

Azərbaycanın aerobika gimnastikası millisi Praqada gümüş medal qazanıb<b style="color:red"></b>

Azərbaycanın aerobika gimnastikası üzrə gənclərdən ibarət millisi Çexiyanın paytaxtı Praqada keçirilən “Czech Aerobic Open” beynəlxalq turnirində gümüş medal qazanıb.

"Report"un federasiyanın mətbuat xidmətinə istinadən məlumatına görə, Fidan İbrahimova, Leyla Əhmədova və Evelina Kozlovskayadan ibarət heyət ikinci yeri tutub.

Adı çəkilənlər "üçlük" proqramında uğurlu çıxış ediblər.

 





21.04.2024    çap et  çap et