525.Az

Almaniyada yol qəzası - 27 uşaq xəsarət aldı


 

Almaniyada yol qəzası - <b style="color:red">27 uşaq xəsarət aldı</b>

Almaniyanın qərbindəki Olpe şəhəri yaxınlığında avtobusun aşması nəticəsində 27 məktəbli xəsarət alıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, avtobusda Marburqdan İngiltərəyə gedən əsasən 15-17 yaşlı məktəblilər olub. A45 şosesində avtobus qəfildən yoldan çıxaraq aşıb.

Dörd yeniyetmə ağır yaralanıb və xəstəxanaya aparılıb. Avtobus sürücüsü də yüngül xəsarətlər alıb. Qəzanın səbəbləri aydınlaşdırılır.

 





21.04.2024    çap et  çap et